22 Oktyabr 2025 / 10:25

Yanacaq tankerinin partlaması nəticəsində 35 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində azı 35 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Tezadlar.az Reuters-ə istinadən xəbər verir ki, yanacaq qəzadan bir qədər əvvəl tankerdən köçürülüb.

“Nəqliyyat vasitəsi yoldan çıxaraq ətrafa benzin tökülüb və benzin qəzadan az sonra alışıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb”, – məlumatda deyilir.

Hesabatda qeyd edilir ki, boru kəməri infrastrukturunun qeyri-kafi olması səbəbindən neft məhsullarının əsasən avtomobil yolu ilə daşındığı Nigeriyada belə qəzalar tez-tez baş verir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!