Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistan prezidenti Draupadi Murmunu daşıyan helikopter eniş zamanı yeni döşənmiş asfalta batıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.
Hadisə oktyabrın 22-də Kerala ştatının Pathanamthitta yaxınlığındakı Pramadam şəhərində baş verib. Dövlət başçısının gəlişinə az qalmış helikopterin şassisi təzə döşənmiş asfalta ilişib qalıb.
Jurnalistlər qeyd ediblər ki, prezidentin əvvəlcə Nilakallaya enməsi planlaşdırılıb, lakin bölgədəki əlverişsiz hava şəraiti səbəbindən plan son anda dəyişdirilib.
Qəzetin yazdığına görə, Murmu heç bir xəsarət almayıb və hökumət maşını ilə Sabarimala məbədinə doğru yola davam edib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zədələnmiş təyyarəni çıxarıblar. Dövlət orqanları və Prezidentin Protokol İdarəsi hadisənin başvermə şəraitini araşdırır.
Murmunun Kerala dörd günlük səfəri oktyabrın 21-də başlayıb. Bir gün əvvəl o, Trivandrum hava limanına gəlib və burada onu ştatın qubernatoru Rajendra Vişvanat Arlekar, baş nazir Pinarayi Vicayan və federal nazir Corc Kurian qarşılayıb.
E.ŞİRİNOV