Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kentukki polisi bu yay 18 yaşdan kiçik tələbə ilə dəfələrlə cinsi əlaqədə olduğunu etiraf edən, sonra girov müqabilində sərbəst buraxıldıqdan sonra qaçan keçmiş müəllimi axtarır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Richmond Register” məlumat yayıb.
Bereadan olan Samanta Uoker oktyabrın 19-da axtarışa verilib. İyulda o, orta məktəb şagirdinə təcavüz etməkdə ittiham olunub. Valideyn onun müəllimlə yazışmalarını aşkar edib. İyulun 3-də müstəntiqlər Uokeri evində dindiriblər. O, bir neçə dəfə yeniyetmə ilə cinsi əlaqədə olduğunu etiraf edib. Müəllim həbs edilərək iyulun 4-də zaminə buraxılıb. Onun iş üzrə zərərçəkmiş və ya şahidlərlə görüşməsinə qadağa qoyulub və onun məhkəməyə gəlməsinə göstəriş verilib.
Ancaq Uoker bunu etməyib. Berea polisi hazırda şübhəlinin harada olduğunu bilmir. O, bir sıra ağır cinayətlərdə, o cümlədən yetkinlik yaşına çatmayan uşağa təcavüz və zorlama, ədəbsiz materialların yayılması və maddi sübutların saxtalaşdırılmasında ittiham olunur. Şəhər polisi onun axtarışında əhalidən kömək istəyib.
E.ŞİRİNOV