Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Səhnə adı P.Diddi ilə tanınan reper Şon Kombs həbsxanada başqa bir məhbusun hücumundan sağ çıxıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin sözlərinə görə, sənətçi cinsi cinayətlərə görə 4 il həbs cəzası çəkən Bruklin Təcridxanasının kamerasında hücuma məruz qalıb. Şon Kombsun dostu Çarluççi Finni hücumu təsdiqləyib. Məlumata görə, hücum edən şəxs onun kamerasına daxil olub və yuxuda olarkən əldəqayırma bıçağı reperin boğazına tutub.
“O, boğazına bıçaq toxunduğunu hiss edib yuxudan oyanıb. Amma bu şəxs həqiqətən onu incitmək istəsəydi, Şon yaralanardı”, – Finni deyib.
Bundan əvvəl P.Diddinin 4 il 2 ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilirdi. O, qadınları fahişəliyə təhrik etməkdə iki fakt üzrə təqsirli bilinib.
E.ŞİRİNOV