Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa polisi müşahidə kameraları sayəsində oktyabrın 19-da Luvr muzeyini qarət edən oğruların marşrutunu izləyə bilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beko “Ouest-France” qəzetinə müsahibəsində bildirib.
“CCTV sistemi Paris və qonşu departamentlər vasitəsilə onların marşrutunu izləməyə imkan verdi”, – Beko deyib.
O qeyd edib ki, polis Luvrdakı cinayət yerində 150-dən çox DNT nümunəsi toplayıb.
Qeydedək ki, oktyabrın 19-da naməlum şəxslər Parisdəki muzeydən III Napoleon və onun həyat yoldaşının kolleksiyasından qızıl-zinət əşyaları oğurlayıblar. Fransa Mədəniyyət Nazirliyi Luvrdan səkkiz zinət əşyasının oğurlanmasına aydınlıq gətirib.
Luvr oğurluğundan dəymiş ziyan 88 milyon avro olaraq qiymətləndirilir.
“Le Parisien”-in məlumatına görə, cinayəti 4 nəfərdən ibarət qrup törədib.
E.ŞİRİNOV