24 Oktyabr 2025 / 10:16

“Hyundai” markalı avtomobil yanıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən  Tezadlar.az -a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

https://www.youtube.com/watch?v=3ck2YY66BZs

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!