Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Eyni nəticə göstərən direktor namizədlər arasında seçimin necə aparılması məsələsinə aydınlıq gətirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə MÜTDA-nın direktorların işə qəbulu ilə bağlı yaydığı sual-cavab faylında məlumat verilib.
Qeyd edilib ki, aşağıdakı ardıcıllıqla üstünlük verilir:
“Daha yüksək test nəticəsi olan, magistr dərəcəsinə malik olan, pedaqoji stajı çox olan, rəhbər vəzifə təcrübəsi olan”.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30 oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.