Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abşeron rayonunun Digah qəsəbəsi sakinləri Balaxanı-Binəqədi şosesi boyunca təhlükəsizliyin təmin edilmədiyini bildiriblər.
Tezadlar.az xəbər verir ki, onların sözlərinə görə, yolda nə ictimai nəqliyyat üçün dayanacaq, nə də piyadalar üçün keçid xətti var.
“Yolu keçmək çox çətindir. Bir neçə gün əvvəl qonşunun uşağını maşın vurdu. Sürət həddinə əməl olunmur, daim təhlükə altındayıq. Xahiş edirik, bu əraziyə sürətkameraları quraşdırılsın və sürət limiti azaldılsın”, – deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı AYNA-dan məlumat öyrənməyə çalışsaq da, təəssüf ki mümkün olmadı.