Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Oktyabr 2025 / 22:56

ABŞ Yəməndəki səfirini Qəzza üzrə yeni mərkəzin rəhbəri təyin etdi

ABŞ Dövlət Departamenti ölkənin Yəməndəki səfiri Stiven Feyqini Qəzza zolağında sülh sazişinin həyata keçirilməsinə və Fələstin anklavına humanitar yardımın çatdırılmasının təşkili ilə məşğul olacaq yeni mərkəzin rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə Tezadlar.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

“Səfir Stiven Feyqin Prezidentin Qəzza üzrə 20 Maddəlik Sülh Planının həyata keçirilməsini dəstəkləyən Mülki-Hərbi Koordinasiya Mərkəzinin mülki rəhbəri vəzifəsində çalışacaq”, – məlumatda bildirilib.

Bu açıqlama ABŞ dövlət katibi Marko Rubionun İsrailin cənubundakı Mülki-Hərbi Koordinasiya Mərkəzinə baş çəkməsindən və diplomatların orada yerləşən 200-ə yaxın ABŞ hərbçisinə qoşulacağını vəd etməsindən sonra verilib.

Feyqin 2022-ci ildən ABŞ-nin Yəməndəki səfiri vəzifəsində çalışır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!