25 Oktyabr 2025 / 19:46

Dörd ovçu meşədə dostunun ölümünü gizli saxlayıb

Şübhəlilər mərhumun cəsədini çaydan keçirib meşədə basdırıblar

Dörd ovçu Novqorod meşəsində dostunu öldürüb.

Tezadlar.az bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin Telegram kanalında məlumat verilib.

“Oktyabrın əvvəlində üç kişi və bir qadın Malovişerski rayonunun Qar kəndi yaxınlığındakı karxanada ov tüfəngini sınaqdan keçirirdilər. Qadın kişilərdən birinə məxsus tüfəngi götürüb atəş açıb. Güllə kişilərdən birinin başına dəyib”, – agentlik qeyd edib.

Məsuliyyətdən yayınmaq üçün şübhəlilər cinayəti gizlətməyə çalışıblar. Onlar mərhumun cəsədini qayıqla Msta çayından keçiriblər, sonra isə meşəlik əraziyə aparıb basdırıblar.

İstintaq hazırda hadisənin bütün hallarını müəyyən edir və cinayətdə iştirak edən hər bir şəxsin günahkarlıq dərəcəsini müəyyən edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!