25 Oktyabr 2025 / 19:54

Trampın rəqiblərindən biri prezidentliyə namizədliyini irəli sürməyi düşünür

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Donald Trampa uduzmasına baxmayaraq, 2028-ci ildə yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Britaniya Yayım Korporasiyasına (BBC) verdiyi müsahibədə danışıb.

“Ola bilsin”, – siyasətçi jurnalistin sualına cavab olaraq bildirib.

Harris həmçinin xalqa xidmət etməyin “qanında qaldığını” vurğulayıb. O, populyarlığının aşağı olduğunu göstərən reytinqləri və rəy sorğularını izləmədiyini söyləyir. Buna görə də bu məlumatları nəzərə almadan prezidentliyə namizəd olub-olmadığına qərar verəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!