26 Oktyabr 2025 / 18:38

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6 oldu

Bu gün Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsindən sonra şəhərin Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) hospitalizasiya olunub. Bu barədə tezadlar.az- a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

Qeyd edək ki, idarəetmədən çıxan “Mercedes” markalı minik avtomobili divara çırpılıb. Nəticədə 6 yeniyetmə xəsarət alıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!