Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

20-dən çox insan yaralanıb
Argentinada avtobusun avtomobillə toqquşaraq çaya aşması nəticəsində ən azı doqquz nəfər ölüb.
Tezadlar.az bildirir ki, bu barədə TN televiziya kanalı məlumat verib.
“Argentinada avtobusun avtomobillə toqquşaraq çaya düşməsi nəticəsində ən azı doqquz nəfər ölüb”, – deyə məlumatda bildirilir.
Kanalın məlumatına görə, çoxlu sayda yaralı var. Rəsmi sərnişin siyahısı təqdim edilməyib.
“Pagina 12” qəzetinin məlumatına görə, 20-dən çox insan yaralanıb, yeddi nəfər ölüb. Ölənlərdən biri avtobus sürücüsü olub.
E.ŞİRİNOV