Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın “Burevestnik” kruiz raketi Yer kürəsinin istənilən yerinə çata bilər, Amerikanın “Tomahawk” raketi isə məhdud mənzilə malikdir.
Tezadlar.az xəbər verir ki, RT-nin məlumatına görə, bunu İsveç Silahlı Qüvvələrinin keçmiş zabiti Mikael Valtersson qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın “Tomahawk” raketləri 1000 kilometrdən çox məsafəyə uça bilər, lakin bunun üçün onlar hədəflərinə kifayət qədər yaxın yerləşdirilməlidir. Bundan əlavə, keçmiş zabit nüvə mühərrik sistemi ilə təchiz olunmuş raketin Yer kürəsinin istənilən yerinə çata biləcəyini, hətta planetin ətrafında bir neçə dəfə fırlana biləcəyini vurğulayıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin “Burevestnik” kruiz raketinin sınaqlarının uğurla başa çatdığını elan etmişdi. O, limitsiz məsafələrə uçmaq və raketdən müdafiə sistemlərindən yayınmaq qabiliyyətinə malikdir. Prezident bildirib ki, bu inkişaf “dünyada misilsiz unikal məhsuldur”.
E.ŞİRİNOV