Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın Azərbaycanla sərhədində son bir il səkkiz ayda heç bir hərbi itki olmadığını açıqlayıb.
Tezadlar.az bildirir ki, o, bu açıqlamanı parlamentdə “Armenpress” xəbər agentliyinin YouTube kanalında yayımlanan 2026-cı il üçün büdcə layihəsinin müzakirəsi zamanı verib.
“Müstəqillik tariximizdə heç vaxt belə bir il səkkiz ay olmayıb”, – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından bəri ilk dəfə olaraq ölkənin büdcə müzakirələri dinc mühitdə keçirilir.
Bir müddət əvvəl Nikol Paşinyan Ermənistanın “sülh” sözünün mənası ilə tanış olmadığını bildirmişdi. O, əlavə edib ki, ölkə müstəqillik qazandıqdan bəri münaqişə içində yaşayır.
E.ŞİRİNOV