Əsas məzmuna keç

Əhali alış-verişə adambaşına 560 manatadək pul xərcləyib- bunun 302 manatı ərzağa…

2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhalinin hər nəfəri orta hesabla ayda 559,9 manatlıq mal alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, adambaşına düşən orta aylıq alışın 302,3 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatını isə qeyri-ərzaq malları təşkil edib.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Xərclərin 6 faizi avtomobil yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının payına düşüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…