27 Oktyabr 2025 / 20:03

Karib dənizində güclü zəlzələ: Qvadelupa sahillərində sunami riski

Karib dənizində Qvadelupa sahillərində (Fransanın dənizaşırı ərazisi) 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) sunami təhlükəsi elan edib.

Geoloji Xidmətin məlumatına əsasən, zəlzələnin episentri təxminən 22 min nəfərin yaşadığı Sent-Ann şəhərindən 196 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!