28 Oktyabr 2025 / 09:42

Salyan Mərkəzləşmiş kitabxanasında “Polisə Dəstək” İB-nin möhtəşəm tədbiri

 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Konstitusiya Suverenlik iliçərçivəsindəPolisə dəstəkİctimai Birliyi Salyan PeşəLitseyin tələbələri, orta məktəbin yuxarı sinif şagirdləri, rayon ziyalılarınıniştirakı ilə İnsan alveri cinayətlərinin təhlili və  aradan qaldırılmasına dair maarifləndirici mühazirə-seminar keçirib. İB- nin sədri, hüquqşünas, polis polkovniki Şəmsəddin Əliyev tezadlar.az– bildirdi ki, Salyan rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sitat: “Seminar-mühazirəni giriş sözü ilə Salyan RİH-nin şöbə müdirinin müaviniMəmmədov Məhərrəm açmış yığınacağın səbəbi ətrafında iştirakçılaraməlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarınınsəsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış bizdənuzaqlaşdırılmış şəxslərdir. Dünya miqyasında insan alverinin yeni formalarakeçməsi, böhranlar, milli dini zəmində baş verən münaqişələr fonundaartması barədə rəqəmlər artıq var; bu artım hər birimizi daha güclü koordinasiyalı hərəkət etməyə çağırır…”.

Tədbirdə Layihə ilə bağlı  Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev ətraflı çıxış etmişdir.  O, İnsan alveri cinayətlərini həssas qrupların şüuruna, ümidinə, gələcəyinə, hüquq azadlıqlarına edilən qəsd kimi qiymətləndirmiş, qurbanlarınmüdafiəsini hər kəsin insanlıq borcu kimi zəruri hesab etmişdir. Şəmsəddin Əliyev bu cinayətlərə qarşı üç əsas amilə uyğun  profilaktika, müdafiə cinayətkarların təqibi üzrə, yəni Prosecution (məhkəmə, təqib), Protection (qurbanların qorunması) Prevention (qorunma) — faktorlarını effektiv strategiyanın əsasıdırdeyə iştirakçılara bildirmiş,müdafiə olmadan təqibin effektinin olmadığını, profilaktika aparılmadan da, qurbanların sayının azalmadığını iştirakçıların diqqətinə çatdırmışdır. O, konkrekt addımların atılmasının vacib elementləri barədə danışmış, Qurbanları hüquq-mühafizə orqanlarının təqibi obyekt yox, yardıma ehtiyacı olan şəxslər kimi tanıması;                                                             Qanunvericilik bazasının təqib mexanizmlərinin gücləndirilməsi(Qurbanların hüquqları qorunmalı, mənbə tranzit-zəncirlər üzrə təqib üçünbeynəlxalq əməkdaşlıq genişləndirilməli, beynəlxalq müqavilələr bu sahədəyol xəritəsi kimi qəbul edilməlidir).                                                             Risklərin azalması məqsədilə maarifləndirməni genişləndirmək (Uzaq bölgələrdə, məktəblərdə, yerlərində onlayn platformalarda insanalverinin mexanizmləri haqqında davamlı təbliğat aparmaq, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər həyata keçirmək vətəndaşların yardım xətlərindən xəbərdar edilməsi).                                                            Məlumat monitorinq (Qurbanların real statistikasını, istismarın növləriniizləmək üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət proqramlar səmərə verir).
Qurbanların Reinteqrasiya proqramları onların seçimləri ehtiyacları nəzərə alınmaqla tərtib edilməsi mühüm əhəmiyyət kəsb edən cəhətlərbarədə informasiya vermişdir. Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşünas Aydın Kərimov qeydetdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən təkcə yardım yox, həm, ədalətin bərpasını, ümid təhlükəsiz həyat sürmək üçün ikinci şansistəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavabverən sistem yaratmaqdır. Bu tək bir qurumun yox, hökumət, vətəndaşcəmiyyəti, beynəlxalq təşkilatlar, biznes hər bir fərdin birlikdə fəaliyyətini tlələb edir. Tədbirdə Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenenatı Hidayət Sadıqzadə , R-n PŞ-nin YYÇ inspektoru, polis baş leytenantı Nihat Həsənli , AYB-nin Muğan bölməsinin sədri, şair Nəbi İbrahimli, şair-publisist Əzizağa Məmmədli (R-n qəzetinin əməkdaşı), Salyan rayonu tam orta məktəbindirektor müavini İbrahim Davudzadə, Polisə Dəstək İctimai Birliyinin əməkdaşı K.Sultanlı  digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarılması üçünhər birimizin mənəvi praktik məsuliyyət daşıması barədə məlumatverdilər. Sonda cəmiyyətə mesaj olaraq :İnsan alveri əsrlərin ən təhlükəli cinayətlərindən və dünyanın qlobal problemlərindəndir. Bu, xüsusilə ağır cinayətlərin törədilməsi XXI əsrdə də davam edir, əşya kimi alınıb satılanlar, azadlığı məhdudlaşdırılanlar, ləyaqəti alçaldılanlar var. Yalançı vədlər nəticəsində hüquq və azadlıqlar məhdudlaşır, əlinizdən alınır. Zorakılıqlardan , aldadılmaqdan və istismardan qurtulmaq üçün birlikdə insan alverinə qarşı mübarizə aparaq, gələcəyimizi qoruyaq!– şüarı səsləndirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.                      

 Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!