28 Oktyabr 2025 / 17:20

Skuter istifadəçilərinə xəbərdarlıq: məsuliyyətsizlik faciəyə səbəb ola bilər

Skuter istifadəçilərinin nəzərinə: məsuliyyətsizlik faciəyə səbəb ola bilər!
Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hesabında bildirib.
“Son vaxtlar paytaxtda skuter və elektrik nəqliyyat vasitələrindən istifadənin artması sevindirici hal olsa da, qaydalara əməl olunmaması ciddi təhlükə yaradır.
Ən çox rast gəlinən pozuntular:
• bir skuterdə iki nəfərin hərəkəti;
• piyada səkilərində yüksək sürət;
• işıqfor və nişanlara məhəl qoymamaq;
• gecə vaxtı xəbərdaredici işıqsız hərəkət;
• azyaşlı və təcrübəsiz şəxslərin istifadəsi.
Bu cür məsuliyyətsizliklər ağır qəzalarla nəticələnə bilər”, – deyə o qeyd edib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!