29 Oktyabr 2025 / 08:33

Narkotik mafiyası polisə qarşı bomba ilə silahlanmış dronlardan istifadə edib

Rio-de-Janeyrodakı narkotik mafiyası polisə qarşı bomba ilə silahlanmış dronlardan istifadə edib.

Tezadlar.az xəbər verir ki, hadisənin videosu Braziliyanın “G1 Globo” xəbər agentliyi tərəfindən dərc edilib.

Məruzədə deyilir ki, Alemao və Penha favelalarında yerləşən qanqsterlər Rio-de-Janeyronun elit Mülki Polisinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına bomba atmaq üçün dronlardan istifadə ediblər. Ştat qubernatoru Klaudio Kastro şəhərdə baş verən hadisələri narkoterrorizm adlandırıb. O, hakimiyyət orqanlarının geri çəkilməyəcəyini və narkotik qaçaqmalçılarına qarşı bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.

28 oktyabrda 2500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı Rio-de-Janeyronun şimalındakı favelalarda Braziliya dəstəsi “Qırmızı Komandanlıq” üzvlərinin həbsi üçün keçirilən əməliyyatda iştirak edib. Hüquq-mühafizə orqanları 100 həbs qərarını icra etmək üçün cinayətkarların nəzarətində olan ərazilərə gəliblər, lakin şiddətli müqavimətlə qarşılaşıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!