Moskvaya doğru hərəkət edən daha bir dronu 29 oktyabr gecəsi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Tezadlar.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Moskvaya doğru uçan daha bir düşmən PUA-sı məhv edilib. Təcili yardım xidmətləri qəza yerində işləyir”, – o, Telegram kanalında yazıb.
Paytaxta doğru hərəkət edən daha üç Ukraynaya məxsus dron 28 oktyabr axşamı vurulub.
E.ŞİRİNOV







