Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

55 yaşlı kişi öz ailəsi tərəfindən hücuma məruz qalıb.
Tezadlar.az bildirir ki, bu barədə “The CSR Journal” məlumat verib.
Hadisə Hindistanın Uttar Pradeş ştatında baş verib. Şankar Lal əmlak mübahisəsi üzündən ailə sui-qəsdinin qurbanı olub – məsələ birgə mülkün oğluna verilməsi idi. Onu əlverişli qərar verməyə inandıra bilməyən Lalın həyat yoldaşı, oğlu və gəlini ona qarşı tədbir görmək qərarına gəliblər. Həmin gecə həyat yoldaşı onu qasıq nahiyəsindən bıçaqlayıb və cinsiyyət orqanlarına ciddi xəsarətlər yetirib.
“Oğlum və həyat yoldaşı evin ona verilməsini tələb ediblər və mən imtina edəndə gecə yuxuda sinəmə daşla zərbələr endriblər. Sonra həyat yoldaşım məni ayrı bir otağa sürüyüb bıçaqla cinsiyyət orqanımı kəsib”, – deyə kişi polisə bildirib.
E.ŞİRİNOV