Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gəncə şəhərində günorta saatlarından başlayan güclü külək irigövdəli ağacı avtomobil yoluna aşırıb.
Tezadlar.az-ın Qərb bürosunun məlumatına görə, Atatürk prospektində baş verən təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağac piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası vasitəsilə ağacın ərazidən götürülməsi işləri həyata keçirilib. Onun ərazidən daşınması təmin edilib.
Şəhər ərazisində küləkli hava şəraiti davam edir.