30 Oktyabr 2025 / 20:50

Daşburunda ağır qəza baş verdi

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində  olub.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA” markalı maşınla toqquşub.

Nəticədə avtomobildə olan 4 nəfər – 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!