Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yasamal rayonu Lev Tolstoy küçəsində bəzi evlərdə 20 gündür internet yoxdur.
Tezadlar.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ödəniş olsa da xidmətdən istifadə edə bilmirlər.
Sakinlər iddia edirlər ki, 3 həftə əvvəl həmin ərazidə söküntü işləri aparılıb. Həmin müddətdə internet kabelləri kəsilib:
“Ödənişi bir gün gecikdirəndə internetimizi kəsirlər. İndi biz 1 aya yaxındır internetsiz qalmışıq, amma baxan yoxdur. Günü günə satırlar, ortada bir şey yoxdur”.
Bəs internet nə vaxt bərpa olunacaq?
Məsələ ilə bağlı Aztelekom və Baktelekom Məhdud Cəmiyyətlərindən bildirildi ki, sözügedən problem araşdırıldıqdan sonra məlumat veriləcək.