31 Oktyabr 2025 / 20:38

Hürriyyət”in baş redaktoru Vüqar Məmmədov barəsində 3 ay 13 gün həbs olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib.

Tezadlar.az APA-ya istinadən bildirir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının Vüqar Məmmədov barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!