2 May 2022 / 06:53

AZƏRBAYCAN MƏSCİDLƏRİNDƏ BAYRAM NAMAZI QILINIR

Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınır.

Bayram namazında dualar edilir, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənir.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edirlər.

Bütün müsəlmanlar, o cümlədən Azərbaycan xalqı Ramazan bayramı münasibətilə təbrik edilir, dualar oxunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!