Əsas məzmuna keç

İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edib

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu gün Yevlax şəhərində Yevlax, Bərdə və Ağdaş sakinlərini qəbul edib.

Tezadlar.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra İ. Mirzəliyev Yevlaxda payız-qış mövsümü ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olub, mövcud problemlərin həll edilməsi istiqamətində tapşırıqlarını verib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…