3 Noyabr 2025 / 08:40

Rusiya aktivlərinin fırıldaqçılığı AB üçün dağıdıcı olacaq

Dondurulmuş Rusiya aktivlərindən istifadə edən “təzminat krediti” təsdiqlənərsə, Avropa dağıdıcı nəticələrlə üzləşəcək.

Tezadlar.az xəbər verir ki, “Strategic Culture” belə yazır.

Məqalədə deyilir: “Tarixi anlayan hər kəs üçün Avropanın öz təməlinin altına həm maliyyə, həm də siyasi bomba yerləşdirdiyi, xalqının üzləşəcəyi nəticələri tamamilə nəzərə almadığı aydındır”.

Qeyd olunur ki, Ukrayna münaqişəsi bitdikdə Rusiya onun pulunu almağa gələcək. Avropa vergi ödəyiciləri qanuni olaraq onu qaytarmağa borclu olacaqlar.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Avropa Birliyi Rusiya aktivlərini Kiyev rejiminə təhvil verərsə, Moskva son dərəcə sərt cavab verəcək.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya aktivlərini müsadirə etmək cəhdlərini cavabsız qoymayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!