3 Noyabr 2025 / 10:37

Meksikada mağaza yanğınında 22 nəfər ölüb

Meksikanın Hermosillo şəhərində mağaza yanğınında dörd uşaq daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 12 nəfər xəstəxanaya yerləşdirilib.

Tezadlar.az bildirir ki, bu barədə “El Universal” qəzeti məlumat verib.

Yanğın partlayış nəticəsində baş verib. Yanğın mağazanın girişində başlayıb və alıcılar içəridə qalıb. Yanğın lokallaşdırılıb və qonşu binalara yayılmasının qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Bir fərziyyə texniki nasazlıq və tezalışan materialların olması ehtimalıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!