Zəfər Günü ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət tətbiq olunacaq.
Tezadlar.az bu barədə Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, 8 Noyabr – Zəfər Günü ilə bağlı keçiriləcək tədbirə hazırlıq məqsədilə 5–6 noyabr tarixlərində, saat 10:00–16:00 aralığında paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişiklikləri ediləcək.
Məhdudiyyət “Azneft” dairəsi, Neftçilər prospekti, Ü.Hacıbəyli, Z.Əliyev, 8 Noyabr prospekti, Ağ Şəhər Bulvarı və ətraf küçələri əhatə edəcək.
Sürücülərə alternativ istiqamətlərdən — Lökbatan dairəsi, “20 Yanvar”, Yeni Yasamal və Y.Səfərov küçəsi xətti üzrə istifadə etmələri tövsiyə olunur.
Məhdudiyyət tətbiq edilən ərazilərdə DYP əməkdaşları xidmət aparacaq, nəqliyyat vasitələri alternativ yollara yönləndiriləcək.
Sürücülərdən fərdi avtomobillərdən az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.