Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynalı sahibkarlar Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük maraq göstərir. Tezadlar.az xatırladır ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mediaya belə deyib: “Ötən il ikitərəfli ticarətin artımını qeyd etdik. Müsbət dinamikamız var. Hər iki tərəfin işgüzar dairələrinin ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük marağını görürük. Ümid edirik ki, ikitərəfli ticarətimiz artacaq. Bizim böyük marağımız var. Birgə layihələrimiz var, Ukrayna iqtisadiyyatına investisiyaların artımını müşahidə edirik. Bizim gələcəklə bağlı çox aydın baxışımız var. Bu ilin iyulunda Hökumətlərarası Komissiyanın məhsuldar iclası keçirildi. Müxtəlif sektorlarda, o cümlədən humanitar sahə, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün birgə yol xəritəmiz, birgə fəaliyyət planımız var”.