…Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışından sonra ermənilər saxta xəritələr sosial Mediada paylaşmağa başlayıb ki, guya qədim xəritələrdə “sevan” adı yazılıb. İndi onlara cavab olaraq elə Ermənistan SSRİ və Sovetlər tərəfindən gölün Göyçə adlanmasına dair tədqiqatlarını təqdim edirəm.
1) Sevan (Göyçə) Gölü Hövzəsi. 3 cilddə
Redaktor(lar): Levinson-Lessing, F.Yu.
Naşir: SSRİ Elmlər Akademiyasının Nəşriyyatı, Leninqrad, 1931, 264 səhifə
2) Göyçə gölü. Gölün coğrafi təsviri. 1-ci hissə. Fiziki coğrafiya
Müəllif(lər): E.S. Markov
Naşir: M.A. Aleksandrov mətbəəsi, Sankt-Peterburq, 1911, 250 səhifə
3) SSRİ Neft Sənayesi Xalq Komissarlığının Ümumittifaq Geoloji Kəşfiyyat Birliyinin materialları. 219-cu buraxılış. Göyçə (Sevan) gölü hövzəsi (Geoloji esse)
Müəllif(lər): K.N. Paffenholz
Naşir: Dövlət Elmi, Texniki, Mədən, Geoloji və Neft Nəşriyyatı, Leninqrad-Moskva-Novosibirsk, 1934, 117 səhifə
Zaur Əliyev,
Tədqiqatçı