12 Noyabr 2025 / 11:07

“Artıq-əskik bir söz demək istəmirəm, amma hər şey göz qarşısındadır”- jurnalist narazılıq etdi

Jurnalist Aytən Səfərova uşaqların dərs yükünün çox olmasından,  ev tapşırıqlarının həddən ziyadə çoxluğundan şikayətlənib .

Tezadlar.az  xəbər verir ki, TV aparıcısı bu barədə  “Xəbər ertəsi” verilişində danışıb, eyni zamanda tədris sistemindən də narazılığını dilə gətirib:

“Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir? Niyə onları bu qədər yükləyirlər? Mənə elə gəlir, hər müəllim elə düşünür ki, şagirdlərə ancaq onun dərsi keçilir. Onların bu gün uşaqlıqlarını yaşamağa belə vaxtları yoxdur. Sistemi də elə qurublar ki, birinci siniflər əlifbanı A, B, C ardıcıllığı ilə yox, qarışıq öyrənirlər – A-dan sonra M gəlir. Artıq-əskik bir söz demək istəmirəm, amma hər şey göz qarşısındadır…”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!