12 Noyabr 2025 / 12:59

Aşıq Namiq olmaq istəyirəm-ASİF OSMAN YAZIR

1. Su kranını açanda su gəlmirsə, onu açıq qoyub getmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
2. İşığı yandıranda yanmırsa, elə yanılı qoyub getmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
3. Söz verib, sonra onu vecimə almamaq istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
4. Düz yolu qoyub qazonla getmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
5. Bankomatdan pulu növbəsiz almaq istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
6. Dayanacaqdan 10 metr kənarda dayanıb avtobusa minmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
7. Zibili hara gəldi atmaq istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
8. Mağazada 100 ədəd çörəyin hamısını əllədikdən sonra birini götürmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
9. Pomidorun 20 dənəsinə dırnağımı batırıb, amma 3-4 dənəsini almaq istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
10. Küçənin ortasında köynəyimi qaldırıb qarnımı qaşımaq istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
11. Maşına xor-xor qluşitel qoyub, maqnitafona tam səs verərək hamının zəhləsini tökmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
12. “Sən məni tanımırsan, bilirsən kiminlə danışırsan?” demək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
13. Yolun ortasında burnumun zibilini yerə buraxdıqdan sonra əllərimi ağaca, daha sonra da bir-birinə sürtmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
14. 4 adamı bir butulka araqla aldadaraq səhərdən axşama kimi beton işi gördürmək istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
15. Hər hoqqadan çıxdıqdan sonra həccə gedib günahlarımı yumaq istəyirəm. Aşıq Namiq olmaq istəyirəm.
Aşıq Namiq olmaq istəyirəm, amma ola bilmirəm…
Asif OSMAN,
tənqidçi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!