Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan gətirilən buğdanın keyfiyyəti ilə bağlı yaranan müzakirələrə münasibət bildirib. Tezadlar.az xatırladır ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb. Nazir bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına baxmayaraq, Azərbaycandan idxal edilən 3-cü sort rus buğdası artıq una və çörəyə çevrilib və ölkədə hər kəs həmin çörəyi istehlak edib.
“Hamımız o çörəyi yedik və gördüyünüz kimi heç kim zəhərlənməyib. 1000 ton buğda bizim gündəlik istehlakımızla müqayisədə çox az miqdardır”, – Papoyan qeyd edib.
Bundan əvvəl sosial şəbəkə istifadəçilərindən biri Papoyandan Azərbaycandan gətirilən buğdanın təhlükəsizliyinə kim zəmanət verdiyini soruşmuşdu. Nazir isə cavabında bildirmişdi ki, bu buğdadan hazırlanan çörəyi ilk olaraq o özü yeyəcək.
Maraqlıdır, acından ölürlər, amma saxtakar çağrışlarından da qalmırlar…
CƏBUHİ