Səudiyyə Ərəbistanı ABŞ-dan F-35 qırıcı təyyarələri almağı planlaşdırır

Noyabr ayında yeddi ildən sonra ABŞ-a ilk səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş nazir Məhəmməd bin Salman ABŞ-dan F-35 qırıcı təyyarələri almağı planlaşdırır.

Tezadlar.az bildirir ki, “The New York Times” qəzeti bu barədə 1 noyabrda məlumat verib.

“NYT” qəzetinin iki amerikalı rəsmisinin sözlərinə görə, “Səudiyyə Ərəbistanı krallığın hava qüvvələri üçün gizli F-35-ləri – ən qabaqcıl Amerika qırıcı təyyarələrini istəyir. Səudiyyə rəsmiləri isə ölkənin mülki nüvə proqramını inkişaf etdirmək üçün Amerika texnologiyasına çıxışını təmin edəcək potensial bir razılaşma ilə irəliləməyə can atırlar”.

Media xəbərlərinə görə, Konqres tərəfindən təsdiqlənmiş müqavilə olmasa belə, nüvə və müdafiə müqaviləsinin bağlanması vəliəhd şahzadə üçün qələbə olardı.

Keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası vəliəhd şahzadə ilə hər iki element üzrə danışıqlar aparıb. Lakin o zaman Səudiyyə Ərəbistanından İsrail ilə münasibətləri normallaşdırmaq istənilib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti