Tramp administrasiyası Ukraynaya “Tomahawk” qanadlı raketləri tədarük etməyi və ya Kiyevə uzaqmənzilli silahlar tədarük etmək üçün alternativ variantları araşdırmağı düşünür.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker “Bloomberg”-də bildirib.
“Prezident Tramp “Tomahawk” raketlərinin zəruri olub-olmadığını və ya digər ölkələrin uzunmənzilli zərbələr endirməsi üçün başqa variantların olub-olmadığını araşdırmağa davam edəcək”, – Uitaker bildirib.
Amerikalı diplomat ABŞ administrasiyasının hansı alternativ uzunmənzilli silah tədarükünü nəzərdən keçirdiyini və ya hansı ölkələrin cəlb oluna biləcəyini dəqiqləşdirməyib.
Çərşənbə axşamı ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, ABŞ Ukraynaya “Tomahawk” raketlərini tədarük etməyə yaxındır. Onun sözlərinə görə, Tramp Ukraynanın münaqişədə qalib gəlməsinə kömək etməyə çalışmır; əksinə, o, “həmişə qalib” olduğu üçün silahlı münaqişəni həll etmək niyyətindədir.
Daha əvvəl Rada Trampın “Tomahawk” raketlərini Ukraynaya nə vaxt təhvil verəcəyini açıqlayıb.
E.ŞİRİNOV






