ABŞ Çini mümkün qədər zəiflətmək üçün Rusiya ilə yaxınlaşma siyasəti aparır ki, bu da ABŞ üçün “təhlükə” yaradır.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.
Nəşrin yazdığına görə, amerikalı analitiklər Ağ Evin hazırkı siyasətində “böyük strategiya” görürlər.
“Bəziləri deyir ki, prezident “əks Kissincer” tətbiq edə bilər. Bu, dövlət katibi Henri Kissincerin 1970-ci illərin əvvəllərində prezident Riçard Niksonu Çini daha güclü Sovet İttifaqından çıxarmaq üçün Vaşinqton və Pekin arasında diplomatik yol açmağa necə inandırdığına aiddir”, – məlumatda deyilir.
“WP” yazır ki, bugünkü vəziyyət bunun əksidir. Daha güclü Çin ABŞ üçün ən böyük təhlükədir, ona görə də “Moskvanı Pekindən uzaqlaşdırmaq məntiqli olardı”.
Bundan əvvəl politoloq Sergey Stankeviç bəyan etmişdi ki, dünya tezliklə böyük dövlətlər üçlüyü tərəfindən idarə olunacaq: Rusiya, ABŞ və Çin.
O, əlavə edib ki, Avropa bu arada yeni dünya düzənində özünə yer tapmağa çalışır. Xüsusilə, söhbət Fransa və Böyük Britaniyadan gedir.
ELBAR