ABŞ blokadada olan Venesuelanı necə çökdürəcəyini belə izah etdi

Ağ Ev hesab edir ki, Bolivar hakimiyyəti ABŞ ilə əməkdaşlıq etməsə, Venesuelanın bir neçə həftə ərzində resursları və maliyyəsi tükənəcək.

Tezadlar.az-ın məlumatına görə, “Washington Post” qəzeti anonim ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Latın Amerikası ölkəsinin tammiqyaslı blokadasının böhranı daha da şiddətləndirəcəyi gözlənilir.

Nəşr yazır ki, Karakasda “əsəbi sükut” hökm sürür. İnsanlar ABŞ-ın işğalının, prezident Nikolas Maduronun oğurlanmasının və ABŞ-ın tətbiq etdiyi blokadanın nəticələri ilə mübarizə aparmaqda çətinlik çəkirlər. Hazırda Karakas sakinləri bazarlarda mal çatışmazlığı olmadığını və müəssisələrin açıq və fəaliyyət göstərdiyini deyirlər.

“Hazırkı şəraitdə Tramp administrasiyasının rəsmiləri Venesuela hökumətinin “qaydalarla oynamadığı” təqdirdə “iflas etməsi” üçün cəmi bir neçə həftə vaxtının olduğunu bildirirlər”, – “Washington Post” qəzeti iki anonim ABŞ rəsmisinə istinadən xəbər verir.

Mənbələrə görə, Tramp Venesuela hökumətinə “maksimum təsir” göstərmək və “ABŞ ilə əməkdaşlığını təmin etmək” üçün Venesuela neftinə qoyulan embarqonun tam qüvvədə qalacağını bildirib.

Ağ Ev açıq şəkildə inanır ki, Karakasın nağd pul ehtiyatları tükənəcək və bu da hökumətin məmurlara, hərbçilərə və polisə maaş ödəmək iqtidarında olmayacağına gətirib çıxaracaq.

“Washington Post” ekspertləri iddia edirlər ki, yanvarın sonu və ya fevralın əvvəlində “hökumət funksiyaları çökməyə başlayacaq” və ərzaq çatışmazlığı kəskin şəkildə arta bilər. Ekspertlər ölkədə “aclıq” və qaçqınların sayının artacağını istisna etmirlər.

Bir gün əvvəl Venesuela qanunvericiləri işə ABŞ-ın təcavüzkar hərəkətlərinə cavab tədbirlərini müzakirə etməklə başlayıblar.

E.ŞİRİNOV

Xəbəri paylaş