Əsas məzmuna keç

ABŞ-DA MİNLƏRLƏ İNSAN FƏLƏSTİNƏ DƏSTƏK AKSİYASI KEÇİRİB

ABŞ-da “Qara Cümə” Fələstinə dəstək aksiyalarına çevrilib. Böyük şəhərlərdə minlərlə insan ticarət mərkəzlərinin yaxınlığında toplaşıb. İzdiham Qəzza zolağında baş verənlərlə əlaqədar  insanların alış-verişini qınayıb.

Əllərində bayraqlar və plakatlar daşıyan nümayişçilər Fələstin anklavında döyüşləri tamamilə dayandırmağa çağıran küçələrlə yürüş ediblər.

ABŞ prezidenti və ailəsinin də olduğu Miladqabağı mərasimi fəallar da dayandırıblar.

Etirazçılar Co Baydeni Qəzza zolağında soyqırımı dəstəkləməkdə ittiham ediblər. Onlar İsrail əleyhinə şüarlar səsləndirərək Təl-Əvivə hərbi yardımı dayandırmağı tələb ediblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…