Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-da “siklosporiya” (siklosporiaz) epidemiyası səbəbindən Miçiqanda iki nəfər ölüb. Səhiyyə rəsmiləri açıqlayıblar ki, bunlar bir çox ştata təsir edən və 18.000 yoluxma halı qeydə alınan epidemiya zamanı qeydə alınan ilk ölüm hallarıdır.
İlk ölüm halları ABŞ-ın 45 ştatına yayılan və ağır ishala səbəb olan siklosporiaz xəstəliyində baş verib. Miçiqanda iki nəfər ölüb.
Tezadlar.az xəbər verir ki, Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamentinin məlumatına görə, ştatda siklosporiaz hadisələrinin sayı 11.234-ə çatıb. 30 iyuldan bəri parazitar bağırsaq infeksiyası səbəbindən 193 nəfər xəstəxanaya yerləşdirilib.
Rəsmilər bildiriblər ki, ölən iki nəfərin xəstəlikdən əlavə ciddi sağlamlıq problemləri də olub.
Xəstəliyin mənbəyi ilə bağlı araşdırma davam edərkən, infeksiyanın kahı və ya digər yarpaqlı yaşıl tərəvəzlərdən qaynaqlandığı düşünülür.
Miçiqanda iki ölüm hadisəsi ABŞ-da çirklənmiş qida ilə əlaqəli və ağır ishala səbəb olan siklosporiaz xəstəliyində qeydə alınan ilk ölüm halları olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) 30 iyulda 45 ştatda siklosporiya hallarının sayının 18.000-i keçdiyini açıqlayıb.
ELBAR