Əsas məzmuna keç

ABŞ VƏTƏNDAŞLARI RUSİYA İLƏ YAXŞI MÜNASİBƏTLƏR SAXLAMAQ İSTƏYİR

Nyu-York ştatından ABŞ Senatına müstəqil namizəd Diana Sare ölkə vətəndaşlarının Rusiya və Çinlə yaxşı münasibətlər saxlamaq istəyini açıqlayıb.

O, bu barədə İctimai İnformasiya Xidmətinin mətbuat konfransında bildirib.

“ABŞ həqiqəti göstərmək istəmir ki, insanlar Rusiya, Çin və bütün dünya ilə yaxşı münasibətlər saxlamaq istəyirlər”, – Sare deyib.

Onun sözlərinə görə, ABŞ-da media nəzarət altındadır və “indi gündəmdə olan öz baxışlarını və imicini qoruyur”.

Amerikalı siyasətçi Tayvan adasındakı seçkiləri “indikator və heyrətamiz epizod” adlandırıb. “İnsanlar kütləvi şəkildə səs verməyə getdilər, çünki onlar Çinlə müharibəyə qarşıdırlar”, – o deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…