19 Noyabr 2025 / 13:29

ABŞ-ın “ATACMS” raketləri Rusiya ərazisinə zərbə endirdi

Trampın hakimiyyəti dövrundə ilk dəfədir ki, ABŞ istehsalı olan raketlərlə Rusiya ərazisi vurulur. Tezadlar.az xatırladır ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahında qeyd olunub ki, ballistik raketlərlə Rusiya hərbi obyektlərinə uğurlu və dəqiq zərbə endirilib. “Ukrayna Silahlı Qüvvələri ATACMS taktiki raket komplekslərindən Rusiya ərazisindəki hərbi obyektlərə dəqiq zərbə endirmək üçün uğurla istifadə edib. Bu, Ukraynanın öz suverenliyinə sarsılmaz sədaqətini vurğulayan əlamətdar hadisədir”, – məlumatda deyilir.
Baş Qərargah bildirib ki, xüsusilə ATACMS kimi uzaqmənzilli zərbə vasitələrinin tətbiqi davam edəcək.
ABŞ istehsalı olan ATACMS raketləri ilə Voronej vilayətində yerləşən “Poqonovo” hərbi poliqonu vurulduğu bildirilir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!