3 Yanvar 2026 / 16:18

ABŞ-ın Venesuelaya endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var

Yerli hakimiyyət orqanları hazırda ölən və yaralananların sayını dəqiqləşdirir

ABŞ-ın Venesuelaya endirdiyi zərbələr ölüm və yaralanmalara səbəb olub.

Tezadlar.az bildirir “The New York Times” qəzeti Venesuela rəsmilərinə istinadən xəbər verib.

Yerli hakimiyyət orqanları hazırda ölən və yaralananların sayını yoxlayır.

3 yanvar gecəsi Karakasda bir neçə partlayış baş verib. Yerli sakinlərin sözlərinə görə, onlardan bəziləri paytaxtın cənub hissəsində, hərbi bazanın yerləşdiyi yerdə baş verib. Mayketiyadakı Simón Bolivar hava limanında və La Guaira limanında da partlayışlar barədə məlumatlar daxil olub.

CNN-in məlumatına görə, partlayışlarla yanaşı, Karakasda alçaqdan uçan təyyarələrin səsləri də eşidilib.

Venesuela prezidenti Nikolas Maduro Karakasda baş verən bir sıra partlayışlardan sonra fövqəladə vəziyyət elan edib. Dövlət başçısı dərhal hərtərəfli müdafiə qüvvələrinin yerləşdirilməsini əmr edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!