Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Aprel 2025 / 10:39

ABŞ Konqresi Trampın impiçmenti üçün qətnamə qəbul edib

ABŞ-ın Demokrat konqresmeni Şri Tanedar ABŞ prezidenti Donald Trampın impiçmenti üçün qətnamə təqdim edib.

Tezadlar.az xəbər verir ki, o, bunu X sosial şəbəkəsində qanunvericinin səhifəsində yerləşdirdiyi videoda bildirib.

“Mən Trampa impiçmentin yeddi maddəsini ehtiva edən impiçment qətnaməsi təqdim etmişəm”, – o vurğulayıb.

Sözügedən maddələrlə bağlı danışan konqresmen Trampın guya ədalətə mane olması, beynəlxalq təcavüz, qeyri-qanuni agentliklərin yaradılması, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini qeyd edib.

Əvvəllər bildirilirdi ki, ABŞ prezidenti Donald Trampın siyasi kursunu izləmək istəyi ABŞ dövlət işçilərinin işə götürülməsində və ya işdən çıxarılmasında əsas amil olacaq.

“The Wall Street Journal” yazıb ki, Amerika agentlikləri bu ilin oktyabrın 1-dən yeni sistemə keçəcək. Kadr siyasətinə nəzarəti ABŞ hökuməti tərkibində müstəqil qurum olan Personal İdarəetmə Federal İdarəsi həyata keçirəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!