Ukraynanın xarici işlər naziri Georgiy Tixiy X sosial şəbəkəsində qəzəbli yazı yazaraq, Ukrayna əsilli ABŞ konqresmen Viktoriya Spartsı böhranı həll etmək üçün Kiyevi Rusiya Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazilərə dair iddialarından əl çəkməyə çağırdığına görə tənqid edib.
Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, belə bir bəyanatdan sonra o, artıq ukraynalı sayıla bilməz.
“Viktoriyadan fərqli olaraq, bizim bütün torpaqlarımız həmişə ukraynalı olub və qalacaq”, – deyə Tixiy bildirib.
Daha əvvəl ABŞ konqresmeni bildirib ki, Ukrayna hakimiyyəti ərazilərə iddianı dayandırmalı və dövlət başçısı Vladimir Zelenskini istefaya göndərməlidir. O vurğulayıb ki, hazırkı prezident seçkilərdən sonra bu vəzifəyə qayıtmamalıdır, çünki bu halda ukraynalılar “bütün ölkəni itirəcəklər”.
ELBAR