Əsas məzmuna keç

ABŞ Qəzzada 21 maddəlik atəşkəs təklifini təqdim edib

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzada atəşkəs üçün 21 bəndlik yeni təklifini təqdim edib və İsrail mətbuatı bunu yayımlayıb. Tezadlar.az xəbər verir ki, “The Times of Israel” Uitkoffun təklif etdiyi iddia edilən 21 bəndlik plan barədə məlumat yayıb. Hesabatda qeyd olunub ki, təklifin məqsədi Qəzzada müharibəyə son qoymaq və Fələstin dövlətinə yol açmaqdır. Xəbərdə o da bildirilir ki, ABŞ-ın təklifi bu həftənin əvvəlində BMT Baş Assambleyası zamanı ərəb və müsəlman liderləri ilə görüşdə təqdim edilib. Bildirilir ki, təklifə İsrailin hücumlarının dayandırılması və bütün israilli məhbusların 48 saat ərzində azad edilməsi, ABŞ-ın Fələstin-İsrail dialoqunu asanlaşdırması, fələstinliləri Qəzza zolağında qalmağa təşviq etməsi və HAMAS-ın yeni administrasiyadan kənarlaşdırılması daxildir.

Lakin İsrailin baş naziri Netanyahu bəyan edib kiş heç vaxt Fələstin adlı dövlət qurulmayacaq!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…