Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın səsdən sürətli bombardmançı Tu-160M təyyarəsinə qarşı heç bir əks tədbir görmür.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” (TNI) jurnalının məqaləsində deyilir.
Məqalə müəllifinin fikrincə, Tu-160M-nin kütləvi istehsalı qurulan kimi, bu, Ukrayna münaqişəsinin nəticələrinə böyük təsir göstərəcək, çünki “Kiyevin bombardmanlara qarşı effektiv tədbirləri yoxdur”.
Qeyd olunur ki, Rusiya müdafiə sənayesi Şimali Atlantika Alyansı ölkələrinin istehsal güclərindən fərqli olaraq, yeni strateji üstünlüklər təmin edəcək təyyarələrin modernləşdirilməsinə imkan verə bilər.
Daha əvvəl “19FortyFive” qeyd etmişdi ki, fərqli formasına görə “Ağ Qu” ləqəbli Rusiyanın Tu-160 strateji bombardmançı təyyarəsi təhlükəli platforma olaraq qalır.
Yanvarda Amerikanın “The National Interest” jurnalı yazmışdı ki, Rusiya Tu-160-larının modernləşdirilməsi ABŞ-ın Rusiya Federasiyası ilə münasibətlərə yanaşmasının uğursuzluğundan xəbər verir.
E.ŞİRİNOV