ABŞ Rusiya və Çinin nüvə arsenallarını belə qiymətləndirib

ABŞ-ın vitse-prezidenti J.D. Vens Rusiya və Çinin nüvə arsenallarını qiymətləndirib.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Bizim böyük bir arsenalımız var, əlbəttə. Rusiyanın böyük bir nüvə arsenalına, Çinin böyük bir nüvə arsenalına sahib olduğu bildirilir”, – o, Ağ Evdə jurnalistlərə bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın dərhal nüvə silahı sınaqları keçirməyi əmr etdiyi bildirilmişdi. O, həmçinin ABŞ-ın ən böyük nüvə arsenalına sahib olduğunu, lakin Çinin beş il ərzində buna çata biləcəyini bildirib.

Daha əvvəl CNN mənbələrə istinadən bildirib ki, federal hökumətin bağlanması səbəbindən ABŞ nüvə silahı istehsalında illərlə geridə qala bilər.

E.ŞİRİNOV

Xəbəri paylaş